Ötən gecə Bakıda mənzildə yanğın hadisəsi olub. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, paytaxtın Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 100 m2 olan 2 otaqlı mənzilin hamamında lambirdən ibarət tavanı 8 m2 sahədə və su qızdırıcısı yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.