Binəqədi rayon Prokurorluğundan Lent.az-a bildirilib ki, hadisə bu gün saat 11 radələrində baş verib. Məlumata görə, 2002-ci il təvəllüdlü Babaşov Elmir Elnur oğlu 182 saylı orta məktəbin idman zalında idman dərsi zamanı dəmir qapının onun üzərinə aşması nəticəsində ölüb.
Faktla əlaqədar rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə iş başlanılıb. Araşdırmalar davam etdirilir.
***
14:28
Bakının Binəqədi rayonu ərazisində yerləşən orta məktəbdə faciəvi hadisə baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Binəqədi qəsəbəsində yerləşən 182 saylı məktəbdə 5-ci sinif şagirdi, 11 yaşlı Elmir adlı oğlan idman dərsi zamanı ağır çəki daşını qaldırıb. Bu zaman çəkinin ağırlığına tab gətirə bilməyən yeniyetmə daşı buraxıb. Daş onun boynunu sındırıb. Məktəbli 16 saylı Təcili Tibbi Yardım stansiyasına çatdırılsa da, çox keçmədən ölüb.
Hazırda prokurorluq və polis əməkdaşları məktəbdə araşdırma aparırlar.