Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsində ölüm hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Binəqədi rayonu ərazisində yerləşən müəssisədə cəzaçəkən, 2004-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 13 il müddətinə azadlıqdan məhrum edilən 1955-ci il təvəllüdlü Hüseynov Novruz Məmməd oğlu qəfil ölüb. O, müəssisənin 2 saylı yataqxanasının dəhlizində qəfil yıxılıb və yerindəcə keçinib.
Qeyd edək ki, dünyasını dəyişmiş məhbus Naxçıvan MR, Şərur rayonunun Yayıcı kəndində anadan olubmuş.
Faktla əlaqədar araşdırmalar aparılır.