Bakıda yanğın hadisəsi qeydə alınıb
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Sabunçu rayonunda ümumi sahəsi 600 kv.m olan inzibati binanın 1-ci mərtəbəsində məcburi köçkünlərin məskunlaşdığı otaqda baş verib. Nəticədə, otaqda ev əşyaları və taxta konstruksiyalardan ibarət arakəsmə 25 kv.m sahədə yanıb. Otaqların qalan hissəsi və bina yanğından mühafizə olunub.