Bakıda maşınla piyadaları vurub qaçan sürücülərdən biri tutuldu
14 iyul 2016 18:05 (UTC +04:00)

Bakıda maşınla piyadaları vurub qaçan sürücülərdən biri tutuldu

0

Bakıda yol-nəqliyyat hadisəsi törətmiş sürücü saxlanılıb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Suraxanı RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 12-də Bakı şəhər sakini Zaur Vəliyevin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş “Mercedes” markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Əbülfəz Nəzərəliyev saxlanılıb.

 

Bundan başqa iyulun 13-də saat 01 radələrində Yasamal rayonunun Şərifzadə küçəsində müəyyən edilməmiş avtomobillə  yolu keçən Bakı şəhər sakini İnam Quliyev vurulub. İ.Quliyevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Yasamal RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 208

Oxşar yazılar