Bakıda maşın üç piyadanı vurdu
06 mart 2015 21:18 (UTC +04:00)

Bakıda maşın üç piyadanı vurdu

0

Bu gün Bakıda ağır yol qəzası olub.

 

Lent.az-ın “milli.az”-a istinadən məlumatına görə, qəza Nobel prospektində, "Nargilə" kafesinin yaxınlığında baş verib. Sürətlə hərəkət edən "Mercedes" markalı avtomobil idarəetməni itirərək qarşısındakı "Subaru" markalı avtomobilə çırpılıb. Zərbənin təsirindən yolun hərəkət hissəsindən çıxan "Subaru" markalı avtomobil yol kənarındakı 3 piyadanı vurub.

 

İlkin məlumata əsasən, piyadalardan birinin vəziyyəti ağırdır. Qəzanı törədən sürücü hadisə yerindən qaçıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 330

Oxşar yazılar