Bakıda maşına bomba qoyulduğu barədə yalan məlumat verilib. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Xətai rayonunda Neopal dairəsi yaxınlığında ''Opel" markalı minik avtomobilində partlayıcı qurğu olması barədə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) hadisə barədə məlumatlandırılıb. XRXX və ANAMA-nın mütəxəssisləri tərəfindən həmin avtomobilə birlikdə baxış keçirilmiş, aparılan əməliyyat-axtarış tətbirləri nəticəsində heç bir şübhəli əşya və qurğu aşkar edilməyib.