İyunun 13-də Bakı şəhərinin Xəzər rayonu ərazisində maraqlı soyğunçuluq hadisəsi baş verib. Xəzər RPİ 1-ci PB-dan Lent.az-a verilən məlumata görə, gecə saatlarında 1 nəfər sərxoş vəziyyətdə qəsəbə ərazisindəki marketə gəlib. Həmin şəxs əlindəki iri taxta parçası ilə marketin satıcısı 24 yaşlı Rövşən Atakişiyevi vurub. Marketin vitrinlərini vurub dağıdan soyğunçu iki şüşə pivə götürərək gedib.
Araşdırmalarla müəyyən edilib ki, soyğunçuluq etmiş şəxs 27 yaşlı Cavid Bayramovdur. O marketə gəlməzdən əvvəl tanışı Fəqan Əliyevə məxsus «ZiL» markalı yük maşınını qaçırıb. Daha sonra isə spirtli içkiləri də qəbul etdikdən sonra maşınla Nərimanov rayonu ərazisində qəzaya düşüb. Maşını qoyub qaçan Cavid Bayramov polis tərəfindən tutulub.
Faktla əlaqədar araşdırmalar davam etdirilir.