Bakının Nərimanov rayonu ərazisində, Tofiq Bəhramov adına respublika stadionunun yaxınlığında kütləvi dava olub. Lent.az-ın “Yeni Müsavat”a istinadən verdiyi məlumata görə, “Hyundai Sonata” markalı “90 RO 016” dövlət nömrə nişanlı maşının sürücüsü ilə yoldan keçən bir nəfərin arasında insident olub.
Elə davaya da bu səbəb olub. Dava nəticəsində “Hyundai Sonata”ya zərər vurub. Gənclərdən biri hadisə yerinə dostlarını dəvət edib, dava daha da böyüyüb. Nəticədə “Gənclik” metro stansiyası qarşısındakı yolda tıxac yaranıb. Yoldan keçənlər dava edən hər iki gənci ayırmağa cəhd etsələr də, buna müvəffəq olmayıblar.
Hadisə yerinə polisin çağırılması ilə dava edən gənclər ərazidən uzaqlaşıblar. Əraziyə gələn Nərimanov rayon Polis İdarəsinin əməkdaşları yaxınlıqdakı “TŞ” markalı müşahidə kamerasına düşən görüntülər vasitəsi ilə dava edənlərin şəxsiyyətini müəyyən etməyə çalışıblar.