Bakıda 61 yaşlı kişi qətlə yetirilib. Sabunçu Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, sabunçu qəsəbəsi Aydınbəyov küçəsi ev 27-nin qarşısında 1952-ci il təvəllüdlü Həsənov Tofiq Əli oğlu güllələnərək qətlə yetirilib. Hadisə yerindən tapança gülləsinə aid 6 giliz tapılıb.
Qətlin kim tərəfindən törədilməsi hələlik məlum deyil.
Lent.az-ın əldə etdiyi digər məlumata görə, qətlə yetirilmiş T.Həsənov ömrünün xeyli hissəsini həbsxanalarda keçirib. O, kriminal aləmdə “Qara Tofiq” adı ilə tanınırmış.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.