Bakıda kişi boşandığı arvadından polisə şikayət edib. Lent.az-ın qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, Əmircan qəsəbəsi Pravda küçəsində yaşayan 1977-ci il təvəllüdlü E.A Polis Bölməsinə müraciət edərək keçmiş həyat yoldaşından şikayət edib.
O bildirib ki, evdə olmadığı vaxt keçmiş həyat yoldaşı, 1982-ci il təvəllüdlü S.A-nın onun yaşadığı evə pəncərədən keçərək gödəkcəsinin cibindən 722 manat pul, sürücülük və şəxsiyyət vəsiqələrini oğurlayıb.