Bakıda ata oğlunu və həyat yoldaşını bıçaqlayıb. Sabunçu Rayon Polis İdarəsindən Lent.az-a bildirilib ki, İkinci Zabrat qəsəbəsində 1966-cı il təvəllüdlü Məmmədov Əbülfət Mikayıl oğlu ailə münaqişəsi zəminində arvadı, 43 yaşlı təvəllüdlü Aidəni və oğlu, 20 yaşlı Vahidi bıçaqlayıb. Hər iki yaralı ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Ə. Məmmədov isə tutulub.
Məlumata görə, hadisəni törədən Ə.Məmmədov Azərbaycan Milli Elmlər Akademiyasının N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında kiçik elmi işçidir.
Faktla əlaqədar araşdırmalar davam etdirilir.