Bakıda iş adamına 160 min dolar "atmış" qadın həbs edilib
29 dekabr 2012 12:15 (UTC +04:00)

Bakıda iş adamına 160 min dolar "atmış" qadın həbs edilib

Bakıda axtarışda olan qadın həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Zeynalova Cəmilə Çərkəz qızı tutulub.

 

Lent.az-ın əldə etdiyi məlumata görə, C.Zeynalova iş adamı Şıxıyev Qalib Məhəmməd oğlunun külli miqdarda pulunu mənimsəyib. Məlumata görə, Q.Şıxıyev Çindən və digər ölkələrdən Azərbaycana müxtəlif geyim əşyaları, pal-paltar gətirir. C.Zeynalova isə ondan mal götürərək müxtəlif ticarət mərkəzlərində satdırırmış. Bir müddət normal alış-veriş edən tərəflərin münasibəti sonradan pozulub və C.Zeynalova Q.Şıxıyevə olan 160 min dollar borcunu verməkdən imtina edib.

 

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1790

Oxşar yazılar