Bakıda yaşayan İran vətəndaşının meyiti tapılıb. Səbail rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Ə.Hüseynzadə küçəsi ev 8, mənzil 27 ünvanında yaşayan İran vətəndaşı, 1944-cü il təvəllüdlü Moghadcamian Fatimə Səttar qızının meyiti aşkarlanıb. Meyitin üzərində hər hansı zorakılıq əlamətləri olmayıb.
Faktla əlaqədar ekspertiza təyin edilib. İlkin məlumata görə, qadın şəkərli diabet xəstəliyindən əziyyət çəkirmiş.