Bakıda iki yanğın hadisəsi qeydə alınıb. APA-nın FHN-ə istinadən verdiyi xəbərə görə, paytaxtın Binəqədi rayonunda vətəndaşa məxsus daş bazarının ərazisində 100 kv.m sahəyə yığılmış diametri 1200 mm olan istifadəsiz su borularının izolyasiya qatı yanıb. Yaxınlıqdakı 8 ədəd 20 tonluq propan çənləri və evlər yanğından mühafizə olunub.
Bundan başqa Bakının Qaradağ rayonunda dağ ətəyi ərazisində 30 ha quru ot və 50 ədəd şam ağacı yanmışdır. Yaxınlıqdakı yaxınlıqdakı neft boru kəmərləri yanğından mühafizə olunmuşdur.
Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.