Bakıda iki qadın evsiz qaldı
08 mart 2015 10:31 (UTC +04:00)

Bakıda iki qadın evsiz qaldı

0

Bakıda yaşı 112 ilə bərabər olan binada yanğın baş verib. Lent.az-ın məlumatına görə, saat 22:30 radələrində Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi 147 ünvandakı (Dom Soyuz) 1903-cü ildə tikilmiş, taxta və qamışdan arakəsmələri olan 3 mərtəbəli binada yanğın başlayıb. Hadisə zamanı vətəndaş Şabanova Əsmət İsrafil qızına məxsus olan 2 otaqlı və Polişuk Nadejda İvanovnaya məxsus sahəsi 48 kv. metr olan m'nzil tamamilə yanıb.

 

İlkin məlumata görə, hadisəyə qısaqapanma səbəb olub.

 

Yanğın saat 01.53-də söndürülüb, xəsarət alan yoxdur.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 222

Oxşar yazılar