Ötən gün Keşlə qəsəbəsində bədbəxt hadisə baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Nizami rayonunun Keşlə qəsəbəsində yerləşən “Komfort-S” MMC-də operator işləyən Bakı şəhər sakini İsa Hüseynov MMC-nin həyətində hündürlükdən yıxılıb. Xəstəxanaya yerləşdirilmiş İ.Hüseynov orada dünyasını dəyişib.
Araşdırma aparılır.