28 May - Respublika Günü ilə əlaqədar Silahlı Qüvvələrin Bakı qarnizonunda yerləşən hərbi hissələrin şəxsi heyəti paytaxtın əsas küçələrində nümunəvi keçidi olub. APA-nın məlumatına görə, Heydər Əliyev adına Ali Hərbi Məktəbin, Ali Hərbi Təyyarəçilik Məktəbin və Ali Hərbi Dənizçilik Məktəbin kursantları Azneft dairəsindən Azadlıq meydanına qədər, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantları isə Səməd Vurğun bağından başlayaraq Bülbül küçəsi ilə Azadlıq meydanına qədər təmtəraqlı marşla hərəkət ediblər.
Bundan başqa Bakı şəhərində yerləşən hərbi hissələrin şəxsi heyətləri isə Tiflis prospekti, Hüseyn Cavid prospektində və şəhərin digər mərkəzi küçələrində nümunəvi keçid ediblər.