Binəqədi rayonunda ailədaxili insident baş verib.
Lent.az-ın qafqazinfo-ya istinadən məlumatına görə, hadisə Hökməli qəsəbəsində olub.
Qayınana 1960-cı il təvəllüdlü Aybəniz Musayeva, qızı 1985-ci il təvəllüdlü Gülbəniz Mustafayeva yaşadıqları evdə şəxsi münasibətlər zəminində gəlinləri 1993-cü il təvəllüdlü Tünzalə Musayevanı döyüblər.
Gəlin T.Musayeva 7 aylıq hamilə olub. Binəqədi RPİ-də araşdırma aparılır.