Bakıda gey-barın türkiyəli sahibi tutulub
19 aprel 2013 14:12 (UTC +04:00)

Bakıda gey-barın türkiyəli sahibi tutulub

Dünən gecə Nəsimi rayon polis əməkdaşları Bakının 28 may küçəsində Nizami kinoteatrına yaxın yerləşən “Türk oğuz” adlı gey-barın sahibini saxlayıblar. Lent.az-ın “Vesti.az”-a istinadən məlumatına görə, bu barədə Nəsimi rayon polis bölməsindən xəbər verilib. Məlum olub ki, müəssisənin sahibi 1995-ci il təvəllüdlü Turan İlik Türkiyə vətəndaşıdır.

 

Müəssisə gecə möhürlənib, Turan İlik isə Azərbaycanın DİN-nin Miqrasiya və pasport qeydiyyatı baş idarəsinin qanunsuz miqrasiyaya qarşı mübarizə bölməsinə göndərilib. Hazırda idarə Turan İliyi Türkiyəyə deportasiya etməyə hazırlaşır. Yaxın 5 il ərzində Türkiyə onun Azərbaycana gəlişimə qadağa qoyacaq.

 

Qeyd edək ki, Turan İliyin həyat yoldaşı azərbaycanlıdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4749

Oxşar yazılar