Bakıda 5 evi yarmış şəxs yaxalandı
14 mart 2015 13:08 (UTC +04:00)

Bakıda 5 evi yarmış şəxs yaxalandı

0

 

Bakıda müxtəlif mənzillərdən oğurluq edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 26-da Afiq Həsənovun evindən qızıl və məişət əşyaları oğurlamış Bakı şəhər sakini Samir Baxışov tutulub.

 

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun H. Ağayevin, N. Quliyevin, S. Şıxlinskinin, İ. Əfəndiyevin evlərindən qızıl, geyim və məişət əşyaları oğurlaması da müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 176

Oxşar yazılar