Bakıda evdən qaçan qız zorlandığını iddia edir
01 may 2014 11:26 (UTC +04:00)

Bakıda evdən qaçan qız zorlandığını iddia edir

Bakıda evdən qaçan qız valideynləri onu danlamasın deyə müxtəlif bəhanələr uydurub. Lent.az-ın vesti.az-a istinadən verdiyi məlumata görə, bu barədə Suraxanı rayon Polis İdarəsindən bildirilib. Qaradağ rayon sakini olan 17 yaşlı Nailə.D. bəlli olmayan səbəblərdən Suraxanıda yaşayan qohumunun evinə qaçıb. Bundan sonra valideynləri qızın itkin düşməsi ilə bağlı polisə məlumat verib. Əməliyyatçılar axtarış apararaq qızı tapıblar. Bundan sonra məlum olub ki, evdə olmadığı müddətdə Nailə.D. Bakıdakı gecə klublarından birində Nizami adlı şəxslə tanış olub. Daha sonra həmin şəxsin evinə gedən məktəbli cinsi təcavüzə məruz qalıb.

 

Polislər adı hallandırılan Nizami adlı şəxsi tapıb. O, Nailə D-nı zorlamadığını, qarşılıqlı razılıq əsasında cinsi əlaqədə olduqlarını bildirib.

 

Polislər güman edir ki, məktəbli qız valideynlərinin tənbehindən yaxasını qurtarmaq üçün belə bir şey uydurub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2414
avatar

Oxşar yazılar