Bakıda mənzildən külli miqdarda qızıl oğurlanıb.
Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon sakini Mirxəlil Cəfərova məxsus evdən 80 manat pul və 42000 manat dəyərində qızıl əşyalar oğurlanıb. Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən şəxsin Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Tural Əsgərov olması müəyyən edilib və o saxlanılıb.