Bakı şəhərində ümumi sahəsi 180 m² olan ikimərtəbəli 5 otaqlı evin birinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 m² sahədə yanıb. Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Verilən xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.