Bakıda bir nəfərin yanıq xəsarətləri alması ilə nəticələnən yanğın hadisəsi baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Pirallahı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 27 kv.m olan 2 otaqlı mənzildə baş verib. Nəticədə mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 8 kv.m sahədə yanıb. Yanğın zamanı ev sahibinin bacısı əl və üzündən müxtəlif dərəcəli yanıq xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən xilas olunub və təcili yardım xidmətinə təhvil verilib. Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.
Bakıda ev yandı: yanıq xəsarətləri alan var
172