Bakı şəhərinin Xəzər rayonunda qanlı hadisə baş verib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Yeni Qala qəsəbəsində yaşayan Sərvər İsgəndərov ailə münaqişəsi zəminində həyat yoldaşı Səfa Mədət qızına başından çəkiclə vuraraq xəsarət yetirib.
Yaralı 3 saylı xəstəxanaya daxil olub. Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində S.İsgəndərov tutulub.