Bakıda bu gün səhər baş verən qəzada işıq dirəyi maşının bir tərəfindən girib, digər tərəfindən çıxıb. Lent.az-ın milli.az-a istinadən verdiyi məlumata görə, hadisə Dairəvi Yolda baş verib. “Opel” markalı minik maşını yol kənarındakı dəmir arakəsməyə çırpılıb. Həmin dəmir isə maşının önündən girib, arxa şüşəsindən bayıra çıxıb. Qəza zamanı sürücü xəsarət alıb və xəstəxanaya yerləşdirilib.