Bakıda dərzi intihar edib
17 iyun 2013 18:19 (UTC +04:00)

Bakıda dərzi intihar edib

Bakıda daha bir nəfər intihar edib. Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün 1-ci Mədən, korpus 39-da yerləşən yeni tikilidə qeydə alınıb. Həmin ünvanda yaşayan 58 yaşlı Qasımov Asif Xanlar oğlu yaşadığı evdə özünü asıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri həllik məlum deyil.

 

Polisdən həmçinin bildirilib ki, A. Qasımov dərzi olub. Mərhum intihar etməzdən əvvəl məktub yazıb. A. Qasımov həyat yoldaşına ünvanladığı məktubda ölümündə heç kimin günahı olmadığını qeyd edib.

 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1220
avatar

Oxşar yazılar