Bu gün Bakı şəhərinin Nizami rayonu ərazisində faciəvi hadisə baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, saat 13:10 radələrində Əlif Hacıyev küçəsi ev 36, mənzil 29 ünvanında yaşayan 1958-ci il təvəllüdlü Qafarova Nailə Əliheydər qızı özünü 5-ci mərtəbədən atıb. Qadın hadisə yerindəcə keçinib.
Faktla əlaqədar prokurorluqda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. Araşdırmalar aparılır.