Sahil bağında dava: gənc oğlan amansızlıqla öldürülüb <span style="color:red;">YENİLƏNİB 3
07 yanvar 2015 10:12 (UTC +04:00)

Sahil bağında dava: gənc oğlan amansızlıqla öldürülüb YENİLƏNİB 3

Dünən Bakının mərkəzində törədilmiş dəhşətli qətl hadisəsi ilə bağlı yeni faktlar üzə çıxıb. Lent.az-ın APA TV-yə istinadən məlumatına görə, "Sahil bağı"nın yaxınlığında naməlum şəxs və ya şəxslər 26 yaşlı Həsənov Həsən Namiq oğlunu gəzdirdiyi itə görə amansızlıqla qətlə yetirib. Şahidlər bildiriblər ki, qətlə yetirilən Həsən Həsənov "Sahil bağı"nda itini gəzdirirmiş. İt yaxınlıqdan keçən naməlum şəxsə hürməyə başlayıb. Tərəflər arasında bu səbəbdən mübahisə yaranıb və nəticədə qanlı hadisə baş verib. H.Həsənovu qətlə yetirən şəxs onun dostu, 22 yaşlı Orxan Məmmədzadəyə də bıçaqla xəsarətlər yetirib.

 

Lent.az-ın əldə etdiyi məlumata görə, dekabrın 6-sı saat 18:47 radələrində qətlə yetirilən H.Həsənov 1989-cu ilin 24 sentyabr tarixində Bakıda anadan olub və Nərimanov rayonunda qeydiyyatda olmaqla yaşayırmış. Onun dostu, 22 yaşlı Məmmədzadə Orxan Təbriz oğlu isə Yasamal sakinidir.

 

İlkin məlumatlarda H.Həsənovun başının kəsildiyi bildirilsə də, sonradan onun ürək nahiyəsindən aldığı bıçaq xəsarətindən keçindiyi məlum olub. O.Məmmədzadə isə qarın boşluğundan kəsilmiş-deşilmiş xəsarətlər alıb.

 

Hazırda faktla bağlı zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

 

*****

 

00:12

 

Bakının "Sahil bağı" yaxınlığında baş vermiş qətllə bağlı yeni təfərrüatlar məlum olub. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, qətlə yetirilən Həsən Namiq oğlu Həsənovun yanında başqa bir dostu da olub. Ona da bıçaq xəsarəti yetirilib. Yaralı hazırda Kliniki Tibbi Mərkəzdədir. Onun şəxsiyyəti məlum olub. Bu 1993-cü il təvəllüdlü Məmmədzadə Orxan Təbriz oğludur. 

 

****

 

23.32

 

Bakının mərkəzində boğazı kəsilən gəncin şəxsiyyəti məlum olub. Səbail rayon prokurorunun köməkçisi Mirfariz Seyidəliyevin APA-ya verdiyi məlumata görə, qətlə yetirilənin şəxsiyyəti müəyyənləşdirilib. Bu, 1989-cu il təvəllüdlü Həsən Namiq oğlu Həsənovdur.

 

Cinayətin kim tərəfindən törədildiyi isə hələlik məlum deyil. O, qətli törətdikdən sonra hadisə yerini tərk edib.

 

Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

****

 

21.05

 

Bakıda dəhşətli cinayət baş verib. Lent.az-ın məlumatına görə, Səbail rayon Polis İdarəsindən anspress-ə bildirilib ki, hadisə metronun "Sahil" stansiyasının yaxınlığında baş verib.

 

İlkin ehtimala görə, iki gənc arasında mübahisə düşüb. Mübahisə daha sonra davaya çevrilib və gənclərdən biri digərinin başını kəsib. Gənc hadisə yerindəcə ölüb.

 

Qətli törədən gənc hadisə yerindən qaçıb. Cinayətin baş verdiyi yerə polis əməkdaşları cəlb olunub. Hadisənin təfərrüatları araşdırılır. Qətli törədən şəxsin axtarışı istiqamətində əməliyyat tədbirləri aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 203

Oxşar yazılar