Yanvarın 18-nə keçən gecə Bakı şəhərinin Binəqədi rayonu ərazisində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi, döngə 11-də yaşayan Lənkəran sakini, 1978-ci il təvəllüdlü Əliyev Ramil Adil oğlu dəm qazından boğulub. 35 yaşlı R.Əliyev evin hamam otağında olarkən dəm qazından boğulub. Onun meyitini ailə üzvləri aşkarlayıblar.
Faktla əlaqədar ekspertiza təyin edilib.