Bakıda daha bir avtomobil yolu çökür
03 may 2014 13:21 (UTC +04:00)

Bakıda daha bir avtomobil yolu çökür

Bu gün Bakıda Zabrat dairəsi-Maştağa-Buzova avtomobil yolunun 15-ci km-də (Buzovna ərazisində) bir neçə hissədə çökmə baş verib.


 

APA-Economics”in hadisə yerində olan müxbirinin məlumatına görə, hazırda kommunikasiya işləri ilə bağlı qazıntı işləri aparılır.

 

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev “APA-Economics” qeyd edilən ərazidə bir neçə hissədə çökmə baş verdiyini təsdiqləyib.

 

O əlavə edib ki, hazırda ərazidə müvafiq işlər görülür. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1196
avatar

Oxşar yazılar