Bakıda daha bir ağır qəza: <span style="color:red;">ölən var
27 fevral 2014 11:10 (UTC +04:00)

Bakıda daha bir ağır qəza: ölən var

Bakı şəhərinin Suraxanı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Qum adası qəsəbəsində 1991-ci il təvəllüdlü Xanlar Feyzullayev idarə etdiyi “Ford Tranzit” markalı sərnişin avtobusu ilə piyada, 1953-cü il təvəllüdlü Dilarə Məmmədovanı vurub. 61 yaşlı qadın xəstəxanaya aparılarkən yolda keçinib.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

# 802
avatar

Nizam Rza

Oxşar yazılar