İyulun 22-nə keçən gecə Bakı şəhərinin Binəqədi rayonu ərazisində, Novxanı çimərliyində kütləvi dava olub. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Novxanıdakı “Laçın” istirahət mərkəzi yaxınlığında bir qrup şəxs arasında yaranmış mübahisə kütləvi davaya səbəb olub. Dava zamanı iki nəfər: Əliyev Telman Əzizağa oğlu və Abışov Samir Əsgərxan oğlu bıçaqlanıblar. Hər iki şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hazırda T.Əliyev və S.Abışovu bıçaqlayan şəxs və ya şəxslərin yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.