Daxili İşlər Nazirliyi Bakıda baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, fevralın 16-da paytaxtın Nəsimi rayonu ərazisindən Bakı şəhər sakini Anar Hacıyev qarın nahiyəsindən güllə yarası ilə xəstəxanaya gəlmiş və tibbi yardım göstərildikdən sonra buraxılıb.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə fevralın 14-də saat 21 radələrində S.Vurğun küçəsində yerləşən çayxanalardan birində Bakı şəhər sakini Fəzail Qədirovun münaqişə zəminində tapançadan açdığı atəşlə A.Hacıyevə xəsarət yetirib hadisə yerini tərk etməsi müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində F.Qədirov tutulub. O, hadisəni “Makarov” markalı tapança ilə törətdiyini və sonradan onu dənizə atdığını bildirib.
12:35
Bakıda silahlı insident baş verib.
Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, hadisə Nəsimi rayonu ərazisində yerləşən çayxanalardan birində qeydə alınıb.
Bakı şəhər sakini Fəzail Qədirov aralarında yaranmış münaqişə zəminində tanışı Anar Hacıyevə tapançadan atəş açıb. Nəticədə A. Hacıyev yaralanıb. O, xəstəxanaya yerləşdirilib. Hadisəni törədən F. Qədirov isə tutulub.
Faktla bağlı araşdırma aparılır.