Fövqəladə Hallar Nazirliyi Bakı şəhəri, Nizami rayonunda baş verən yanğınla bağlı rəsmi məlumat yayıb. FHN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, çoxmərtəbəli yaşayış binasında vətəndaşa məxsus ümumi sahəsi 139 m2 olan üç otaqlı mənzilin 1 otağında ev əşyaları 5 m2 sahədə yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın saat 12:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
***
12:40
Nizami rayonunda yaşayış binalarından birində yanğın hadisəsi qeydə alınıb.
Lent.az-ın məlumatına görə, 8-ci kilometr ərazisində yerləşən “Dost” marketin üzərindəki binanın 15-ci mərtəbəsində yanğın baş verib. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.
Xəbər yenilənir.