Yanvarın 6-da Bakı şəhərinin Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Hövsan qəsəbəsindən 30 yaşlı Teymurov Eldar Rövşən oğlu kəsilmiş-deşilmiş xəsarətlərlə 3 saylı şəhər xəstəxanasına gətirilib. O ilkin ifadəsində bildirib ki, özü-özünü bıçaqlayıb.
Araşdırmalar nəticəsində E.Teymurovun sərxoş vəziyyətdə özünə xəsarət yetirməsi müəyyən edilib. Maraqlıdır ki, yaralı gecə saatlarında xəstəxanadan qaçıb.
Hazırda fakt üzrə araşdırmalar davam etdirilir.