Bakıda beynəlxalq təşkilatın qadın rəhbərinə qarşı inanılmaz cinayət - EKSKLÜZİV
05 iyun 2013 10:06 (UTC +04:00)

Bakıda beynəlxalq təşkilatın qadın rəhbərinə qarşı inanılmaz cinayət - EKSKLÜZİV

İyunun 4-də Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri, Kanada vətəndaşı Deniz Duran Bernand Bakı şəhər Səbail rayon Polis İdarəsinə müraciət edib. Lent.az-ın məlumatına görə, RPİ-nin 39-cu Polis bölməsinə gələrək ərizə ilə müraciət edən beynəlxalq təşkilatın nümayəndəlik rəhbəri özünə qarşı törədilmiş soyğunçuluq hadisəsi ilə bağlı məlimat verib. D.Duran bildirib ki,  saat 21:30 radələrində Rəşid Behbudov küçəsi ev 20, mənzil 115 ünvanında, yəni onun yaşadığı mənzilin qapısını naməlum şəxs döyüb. Özünü aşağı mərtəbədə yaşayan qonşu kimi təqdim edən həmin 30-35 yaşlı kişi yuxarı mərtəbədən evinə su sızdığını bildirib. D.Duran da öz növbəsində “qonşu”nu içəri dəvət edib və hamam otağına baxmasına imkan yaradıb. Mətbəxə keçən təşkilat nümayəndəsi bir neçə dəqiqə sonra geri qayıdanda həmin şəxsi tapa bilməyib. Mənzili tərk edən “qonşu” özü ilə birlikdə D.Duranın iş çantasını da aparıb.

 

Şikayətçinin bildirdiyinə görə, çantada 600 manat, 200 dollar, 200 İsveçrə frankı, 2 Visa kart, 1 sığorta kartı, 2 kredit kartı və beynəlxalq sürücülük vəsiqəsi olub.

 

Hazırda cinayət əməlini törətmiş şəxsin müəyyən edilərək saxlanması istiqamətində iş aparılır.

 

Qeyd edək ki, son vaxtlarda paytaxtda bu tip cinayət hallarının sayı xeyli artıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3675
avatar

Nizam Rza

Oxşar yazılar