Bakıda yetkinlik yaşına çatmamış qızın cinsi istismara məruz qalması barədə polisə məlumat daxil olub. Lent.az-ın məlumatına görə, paytaxt sakini S.S yanvarın 21-də saat 23:40 radələrində 37-ci Polis Bölməsinə gəlib. O bildirib ki, bacısı qızı 15 yaşlı Ə.F bir neçə gün əvvəl tanıdığı 22 yaşlı S.X tərəfindən cinsi istismara məruz qalıb. Məlumata görə, S.X yeniyetmə qızla tanış olduqdan sonra ona vədlər verərək aldadıb. Gənc oğlan yeniyetmə qızla evlənəcəyini deyib. Bundan sonra isə oğlan qızı Mingəçevir küçəsindəki evə aparıb və orada cinsi əlaqədə olub.
Hadisədən bir müddət sonra Ə.F-nın ailə üzvləri məsələdən xəbər tutublar və bəlli olub ki, məktəbli qız bəkarətini itirib. Bundan sonra qız çalışsa da, S.X ilə əlaqə yarada bilməyib. Nəticədə onun dayısı polisə müraciət etmək qərarına gəlib.
İlkin araşdırmalardan sonra məlum olub ki, yeniyetmə qız gənc oğlanla könüllü olaraq cinsi əlaqədə olub. Lakin Azərbaycanın mövcud qanunvericiliyi yetkinlik, yəni 16 yaşına çatmayan şəxslə cinsi əlaqəni qadağan etdiyindən polis dərhal araşdırmalara başlayıb.
Hazırda müraciət əsasında araşdırmalar davam etdirilir.