Bakıda avtomobilin vurduğu gənc xəsarət alıb
14 sentyabr 2019 01:49 (UTC +04:00)

Bakıda avtomobilin vurduğu gənc xəsarət alıb

0

 

Bakının Sabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, Maştağa qəsəbəsində minik avtomobili yolu keçmək istəyən 1998-ci il təvəllüdlü Məmmədov Bilal Elman oğlunu vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Qapalı kəllə-beyin travması diaqnozu qoyulan B.Məmmədov Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 828

Oxşar yazılar