Bakıda avtomobildən oğurluq edən şəxs saxlanılıb
25 fevral 2019 12:39 (UTC +04:00)

Bakıda avtomobildən oğurluq edən şəxs saxlanılıb

Bakıda avtomobildən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Naziliyinin Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə müraciət edən əcnəbi vətəndaş yanvarın 25-də “BMW” markalı avtomobilindən içərisində 1600 manat olan pulqabısının oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum olunmuş M.Mirbabayev saxlanılıb.


Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 206
avatar

Səlcuq Elçin

Oxşar yazılar