Qəzada ayağı qopan əlil sürücü öldü  - <span style="color:red;">YENİLƏNİB
21 avqust 2014 11:22 (UTC +04:00)

Qəzada ayağı qopan əlil sürücü öldü - YENİLƏNİB

0
Bakıda baş verən yol qəzasında xəsarət almış sürücü ölüb.

 

Binəqədi Rayon Polis İdarəsindənAPA-ya verilən məlumata görə, 1961-ci il təvəllüdlü Rasim Quliyev aldığı ağır bədən xəsarətlərindən Klinik Tibbi Mərkəzdə vəfat edib.

 

 

 

*****

 

05:53

 

APA-nın məlumatına görə, hadisə  Bakı-Şamaxı  yolunun  Sulutəpə  qəsəbəsi ərazisindən keçən hissəsində  qeydə alınıb.

 

İkinci qrup əlil, 53 yaşlı  Rasim Quliyev  idarə etdiyi  "VAZ -2109" markalı avtomobillə  Şamaxıdan  paytaxt  istiqamətində yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirərək avtomobili  yol ayrıcına çırpıb.

 

Zərbə güclü olduğundan avtomobil yol ayrıcını aşıraraq yolun əks  istiqamətinə  düşüb. Baş verən qəzadan sonra  sürücü  Rasim Quliyev bir ayağını itirib. Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları cəlb olunublar. Yaralı  1 saylı şəhər  kliniki xəstəxanasına aparılıb. Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti kafi qiymətləndirilir. İlkin ehtimala görə, qəzanın baş verməsinə yüksək sürət səbəb olub. Faktla bağlı  araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3521

Oxşar yazılar