Bakıda avtomatlı şəxslər tutuldu
27 avqust 2014 12:49 (UTC +04:00)

Bakıda avtomatlı şəxslər tutuldu

0

Bakıda qanunsuz silah-sursat saxlama ilə bağlı növbəti fakt aşkarlanıb. Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Baş Cinayət-Axtarış İdarəsi və Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 23-də saxlanılmış Şəki şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Süleymanova “AKMS” markalı silah, 55 ədəd patron və RPK pulemyotu üçün nəzərdə tutulmuş diski satmış Bakı şəhər sakini Şahin Quliyev tutulub.

Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vyaçeslav Şapovatovdan “AKSU” markalı silah, 2 ədəd patron darağı və 10,3 qram marixuana aşkar edilərək götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2178

Oxşar yazılar