Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları silah satan şəxsi yaxalayıb. Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini Vladimir Şapurin 1 ədəd "Kalaşnikov" tipli silahı və 26 ədəd patronu 2.000 ABŞ dollarına satarkən tutulub.
Araşdırmalar davam etdirilir.