Bakıda avtobusun vurduğu piyada xəstəxanada ölüb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, qəza iyunun 17-si Xətai rayonu M.Hadi küçəsində Bakı şəhər sakini Məhəmməd Musayev idarə etdiyi “Daewoo” markalı sərnişin avtobusu ilə yolu keçən Oleq Qardiyenkonu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş O.Qardiyenko iyulun 24-də orada ölüb.
Araşdırma aparılır.