Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirli bilinən 1940-cı il təvəllüdlü Layiq Axundovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Lent.az-ın məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirildikdən sonra məhkəmə baxışı noyabrın 26-na təyin edilib.
Layiq Axundov bu ilin avqustun 12-də, Xəzər rayonu Binə qəsəbəsində ailə-məişət münaqişəsi zəminində arvadı Lətifəni bıçaqlayaraq öldürüb.
Xəzər rayon Polis İdarəsinin 2-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Layiq Axundov tutulub. O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.