Bakı şəhər Xətai rayon Polis İdarəsinə itkin düşmüş şəxs barəsində məlumat daxil olub. İdarədən Lent.az-a verilən məlumata görə, rayon sakini İbrahimova Rina İmanovna 34-cü Polis Bölməsinə gələrək oğlunun naməlum şəraitdə yoxa çıxdığını bildirib. Qadın qeyd edib ki, oğlu 1973-cü il təvəllüdlü Ülfət İbrahimov bir neçə gün əvvəl evdən çıxıb və bir daha geri qayıtmayıb.
E.İbrahimovun xarakterik əlamətləri qeydə alınıb. Hazırda onun tapılaraq evinə qaytarılması istiqamətində iş aparılır.