Bakıda yıxılaraq ağır xəsarət alan şəxs xəstəxanada ölüb. Lent.az-ın məlumatına görə, avqustun 3-də Neftçi Qurban küçəsində 1950-ci il təvəllüdlü Əliyev İbrahim Novruz oğlu açıq kəllə-beyin travması ilə Kliniki Tibbi Mərkəzə gətirilib. Xəstəxanaya yerləşdirlərkən İ.Əliyev koma vəziyyətində olub. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, İ.Əliyev yaşadığı binanın pilləkənindən yıxılıb və ağır vəziyyətdə küçəyə çıxaraq yıxılıb.