Bakıda ağır avtoqəza
19 aprel 2013 02:21 (UTC +04:00)

Bakıda ağır avtoqəza

Bakıda avtomobilin yolayrıcı səddə çırpılması nəticəsində sürücü ölüb. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi məlumatına görə, Bakı şəhəri, Yasamal rayonunda "VAZ" markalı minik avtomobili yolayrıcı səddə çırpılıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, sürücü 1990-cı il təvəllüdlü Alxasov İlkin Bəhruz oğlu deformasiyaya uğramış nəqliyyat vasitəsində ölüb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə İ.Alxasovun meyitini deformasiyaya uğramış avtomobildən müvafiq qaydada çıxarıb və aidiyyəti üzrə təhvil verib.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1694
avatar

Oxşar yazılar