Bakının Nərimanov rayonunda piyadanın ölümünə səbəb olan yol qəzası baş verib.
APA xəbər verir ki, metronun "Gənclik" stansiyasının yaxınlığında "Volkswagen" markalı minik avtomobili yolu keçmək istəyən 1994-cü il təvəllüdlü Əmiraslanlı Gülgün Saday qızını vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, G.Əmiraslanlı xəstəxanada dünyasını dəyişib.
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün axtarışları istiqamətində iş aparır.